1968-ci ildə Haring Piebenga tərəfindən əsası qoyulan Niderland brendi Authentic Models müxtəlif tarixi aksessuarlar, artefaktlar və mebel istehsal edir. Brendin məhsulları vintaj motivləri ilə seçilir. Orijinal dizaynlı gəmi fiqurları, qlobuslar, müxtəlif aksessuarlar əllə düzəldilir və boyanır. Authentic Models individuallığı üstün tutanların seçimidir. Brendin keçmişi təcəssüm etdirən unikal dekorativ məhsulları evinizdə nostalgik abu-hava yaratmağa kömək edəcək.