D`Squared brendi 1991-ci ildə Kanadadan Milana köçmüş əkiz-qardaşlar Din və Den Keytenlər tərəfindən yaradılıb. 1994-cü ildə onlar debüt kişi geyimləri kolleksiyasını, 9 ildən sonra isə ilk qadın kolleksiyasını təqdim ediblər.
D`Squared üslubunun əsas elementləri – sərbəstlik, azadlıq və qabarıqlıqdır. Dizaynerlər bir qədər qalmaqallı, lakin eyni zamanda duyğulu obrazlar yaradaraq, tabu (qadağalar) mədəniyyətinə yenidən baxırlar.
D`Squaredın üslubu şou-biznes ulduzlarını laqeyd qoya bilməzdi. Onun pərəstişkarları arasında Castin Timberleyk, Lenni Kravits, Kristina Agilera və bir çox başqaları da var.
Bu gün D`Squared brendi altında kişi və qadın geyimlərindən başqa cins xətti, ayaqqabılar və dəbdəbəli aksessuarlar da buraxılır.