Öz banisinin adını daşıyan Helmut Lang brendi 1977-ci ildə Avstriyada yaradılmışdır. Onun modelləri cəlbedici siluetlər yaradan kəskin xəttlər, zərif büküklər ilə fərqlənir. 90-cı illərin əvvəllərində Helmut Lang markası altında qadın və kişi geyimləri kolleksiyası, həmçinin ayaqqabı və parfüm da istehsal edilirdi. 2000-ci ildə Helmut Lang-ı, heç bir əcnəbinin daxil olmadığı Amerika dizaynerlər Assosiasiyasına qəbul etdilər.
1999-cu ildə Prada Group onun kompaniyasının səhmlərinin 51%-ni əldə etdi. 2004-cü ildə Lang qalan səhmləri də sataraq, brendi tərk etdi. Sonralar Prada Helmut Lang brendini ona yeni həyat verən dizayner qrupu olan yapon brendi Link Theory-yə satdı.