Yarım əsrdən çoxdur, idman və istirahət paltarlarını lüks geyimlərə çevirən italyan brendi Moncler - özüngüvənin simvolu kimi çıxış edir. Brendin istehsalında əsas yeri tutan sırıqlı gödəkçələr, yun şərf və papaqlar, toxunma sviterlər soyuq qış günləri və xizək sezonu üçün idealdır. Moncler - komfortu əsas tutan, kejual geyimlərə üstünlük verən sport-lux dəbi həvəskarlarının sevimli brendidir.