Simone Pérèle brendinin tarixi 1948-ci ildən başlayır. Öz yaradıcısının adını daşıyan brend 1960-cı ildə ilk dəfə olaraq likra materialından hazırlanmış, rahatlığı ilə seçilən alt paltarları istehsal etməyə başladı. 70-ci illərdə isə brend simsiz büstqalterləri ilə səs-küy saldı.
Simone Pérèle markasının büstqalterləri, bodi və pijamaları yüksək keyfiyyətli materiallardan hazırlanır və rahatlığı dəfələrlə test olunur. Müxtəlif rənglərdə və ölçülərdə istehsal olunan alt paltarları güpür, krujeva və naxışlarla bəzədilir.