az
enru
Səbət

Səbət boşdur

Ən çox soruşulan suallar

1. ÖLÇÜMÜ NECƏ MÜƏYYƏN EDİM?

Bütün məhsullar beynəlxalq ölçü sistemi üzrə təqdim olunur. Ölçüləri standart ölçüyə keçirmək üçün - hər bir məhsul səhifəsində yerləşən “ölçü cədvəli” linkinə keçid etməyiniz kifayətdi.

2. ANBARDA SEÇDİYİM MƏHSULUN OLUB-OLMADIĞINI NECƏ MÜƏYYƏN EDİM?

Məhsul səhifələrini ziyarət edərkən bütün mövcud ölçülərin qeyd olunduğunu görəcəksiniz. İstəyinizə uyğun ölçü açılan siyahıda qeyd olunmursa, bu sizə lazımı ölçüdə məhsulun satışda olmadığını göstərir.

3. ALIŞI NECƏ YEKUNLAŞDIRIM?

Məhsul səhifəsində istədiyiniz məhsullar (varsa) seçin və “Səbətə əlavə et” seçiminə basın. Daha sonra "Səbət" düyməsinə keçin. Alış-veriş səbətinə baxın və "Checkout" seçin. Göndərmə səhifəsindəki ünvan bölməsinə ünvanınızı daxil etdikdən sonra, "Çatdırılma Növü", sonra isə "Ödəniş Növü" seçin və"Göndərmə" düyməsini basın. Ödəniş qəbul edildikdən sonra sifariş nömrənizi təsdiqləyən SMS göndəriləcək və nümayəndəmiz qısa müddət ərzində sizinlə əlaqə saxlayacaq.

4. ONLINE SİFARİŞ VERMƏK NƏ DƏRƏCƏDƏ TƏHLÜKƏSİZDİR?

Kredit kartı məlumatları serverimizdə saxlanılmır. Sifarişinizi yerləşdirdikdən sonra - biz kredit kartı vasitəsilə ödəməni həyata keçirmək üçün sizi PashaBank səhifəsinə yönləndiririk.

5. ÖDƏMƏM QƏBUL EDİLMƏDİ, NƏ ETMƏLİYƏM?

Ödəməniz qəbul olunmursa, siz PashaBank-ın ödəmə səhifəsində ödəmənin qəbul edilməməsi səbəbləri ilə tanış ola bilərsiz. Bu səhifədə səhv kredit kartı nömrəsi, hesabınızda kifayət qədər vəsait olmaması, son istifadə tarixinin və ya CVC nömrənin səhv olması kimi səhvləri təqdim edə bilərlər.

6. SİFARİŞİMİ QAYTARA VƏ YA DƏYİŞDİRƏ BİLƏRƏM?

Hər-hansı səbəbdən sifarişinizi qaytarmaq və ya dəyişdirmək istəsəniz, sifarişi təslim aldığınız gündən etibarən 14 təqvim günü ərzində həyata keçirə bilərsiniz. Bazar ertəsi - bazar günləri saat 10:00-dan 20:00-a qədər qeyd olunan +994 51 225-96-96 / +994 12 464-07-07 əlaqə nömrəli və ya [email protected] elektron ünvanı vasitəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

7. BÜTÜN SİFARİŞİ VƏ YA MƏHSULU QAYTARA BİLƏRƏM?

Bütün sifarişinizi və ya hər-hansı məhsulu 14 təqvim günü ərzində qaytara bilərsiniz.

8. SİFARIŞİ QAYTARDIĞIM HALDA PULU NƏ VAXT GERİ ALACAM?

Ödəməni kart vasitəsi ilə həyata keçirmisinizsə, məbləğ 14 iş günü ərzində balansınıza geri qaytarılır. Ödəməni nağd ödəniş ilə həyata keçirmisinizsə, qaytarış talonunun təqdimatından sonra məbləğ 3 gün ərzində geri qaytarılır.

Kömək lazımdır?
  • +994 51 225 96 96 nömrəsinə zəng edin