yardım və dəstək mərkəzi
Sifariş, Çatdırılma və Qaytarılma
Hörmətli müştəri, bu bölmədə EMPORİUM haqqında qısa məlumat yer alır ki, bu da sizin online alış-verişiniz imkanlarınızı genişləndirəcək və sizə rahatlıq hissi yaşadacaq.

1. ÖDƏMƏ ÜSULLARI

Sifariş edərkən iki çox sadə ödəmə üsulumuz var. Sizdə olan istənilən debet və ya kredit kartından istifadə edə və ya məhsulu təslim alarkən qapıda nağd pulla ödəmə həyata keçirə bilərsiniz.



2. ÇATDIRILMA ÜSULLARI VƏ QİYMƏTLƏRİ

Azərbaycanın bütün şəhərlərinə və regionlarına kuryerlə pulsuz çatdırılma həyata keçiririk. Həmçinin, sifarişinizi Neftçilər prospekti, Port Baku-da yerləşən mağazamızdan ala bilərsiniz.



3. PULSUZ VƏ ASAN QAYTARMA

Hörmətli müştəri, hər-hansı səbəbdən sifarişinizi qaytarmaq və ya dəyişdirmək istəyirsinizsə, sifarişi təslim aldığınız gündən etibarən 14 gün ərzində bazar ertəsi-şənbə günləri saat 11.00-dan 21-00-a, bazar günü isə 11.00-dan 20:00-a qədər +994 50 293-50-50 / +994 12 464-01-01 nömrəli telefonlar və ya [email protected] electron ünvanı vasitəsilə bizim nümayəndəmizlə əlaqə saxlaya və sifarişin qaytarılmasını və ya dəyişdirilməsini istəyə bilərsiniz.

Nəzərə alın ki, qaytarılan məhsul ilkin vəziyyətdə, zədələnməmiş olmalı və üzərində parfüm iyi və s. olmamalıdır. Məhsulun etiketi çıxarılmamalıdır.

Dəyişdirilməli olmayan malların siyahısı:

  1. Qızıl və qızıl məmulatları.
  2. Qiymətli və yarım qiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
  3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
  4. Parfümeriya və kosmetika malları.
  5. Kişi, qadın və uşaq çimərlik paltarları.
  6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
  7. Məişət-kimyası malları.
  8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və ş.)
  9. Uşaq oyuncaqları.
  10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
  11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
  12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.


yardım və dəstək mərkəzi
ƏN ÇOX SORUŞULAN SUALLAR

1. ÖLÇÜMÜ NECƏ MÜƏYYƏN EDƏCƏYƏM?

Bütün məhsullar beynəlxalq ölçü sistemi üzrə satılır. Bu ölçüləri normal ölçüyə keçirmək üçün sadəcə hər məhsul səhifəsində çıxan “ölçü cədvəli” linkinə keçin.


2. ANBARDA SEÇDİYİM MƏHSULDAN OLUB-OLMADIĞINI HARADAN BİLƏCƏYƏM?

Hörmətli müştəri, məhsul səhifəsinə baxdıqda satışda olan ölçüləri görəcəksiniz. Axtardığınız ölçü siyahıda yoxdursa, sizin ölçünüzdə bu məhsuldan olmadığını göstərir.


3. NECƏ ALA BİLƏRƏM?

Hörmətli müştəri, məhsul səhifəsində mövcud variantları seçdikdən sonra “səbətə əlavə et” seçiminə basın. Daha sonra səhifənin altında “Səbət”ə basın. Səbətinizə keçin və yoxlama bölümünü seçin. Sifarişin hazırlanması səhifəsində ünvanı daxil etdikdən sonra çatdırılma növünü və ödəmə növünü seçin və sonra “sifariş et” düyməsinə basın. Ödəməni uğurla həyata keçirdikdən sonra sifarişiniz haqqında e-mail alacaqsınız və bizim nümayəndəmiz yaxın zamanda sizinlə əlaqə saxlayacaq.


4. SİFARİŞ ETMƏK ÜÇÜN HESAB AÇMAĞA EHTİYAC VARMI?

Xeyr, ehtiyac yoxdu.


5. HANSI ÖDƏMƏ ÜSULLARINDAN İSTİFADƏ EDƏ BİLƏRƏM?

Müştərilərimiz Debet kartı ( Visa, MasterCard və s.) vasitəsilə ödəmə və sifarişin təslimi zamanı kuryerə nağd ödəmə üsullarından birini seçə bilərlər. Siz məhsulu yoxlayıb, nəğd pulla ödəmə həyata keçirə bilərsiniz.


6. ON-LINE SİFARİŞ VERMƏK NƏ DƏRƏCƏDƏ TƏHLÜKƏSİZDİR?

Biz kredit kartı məlumatlarını serverimizdə saxlamırıq. Siz sifarişi yerləşdirdikdən sonra biz kredit kartı vasitəsilə ödəmə həyata keçirmək üçün sizi Azericard səhifəsinə yönləndiririk.


7. ÖDƏMƏM QƏBUL EDİLMƏDİ, NƏ ETMƏLİYƏM?

Ödəməniz qəbul edilmədikdə siz Azericard-ın ödəmə səhifəsində ödəmənin qəbul edilməməsi səbəblərinin təfsilatını görə bilərsiniz. Bu səhifədə sizə hesabınızda kifayət qədər vəsait olmaması, kredit kartı nömrəsinin, son istifadə tarixinin və ya CVC nömrənin səhv olması kimi səhvləri göstərəcək.


8. SİFARİŞİM NECƏ ÇATDIRILIR VƏ ÇATDIRILMA ÜÇÜN NEÇƏ GÜN VAXT TƏLƏB OLUNUR?

Kuryerlə çatdırma növünü seçmişsinizsə, bu, Bakı şəhəri ərazisində 3 saat, regionlar üçün isə poçt vasitəsilə çatdırılma 1-3 gün vaxt alacaq. Siz həmçinin mağazadan almaq variantını seçə bilərsiniz.


9. AZƏRBAYCANIN BAŞQA ŞƏHƏRLƏRİNƏ SİFARİŞ ÇATDIRIRSINIZMI?

Azərbaycanın başqa şəhərlərinə və rayonlarına sifarişləri 1-3 iş günü ərzində çatdırırıq.


10. ÇATDIRILMA HAQQI NƏ QƏDƏRDİR?

Biz Azərbaycanın başqa şəhərlərinə və regionlarına çatdırılmanı pulsuz həyata keçiririk.


11. MAĞAZADAN ALMAQ VARİANTINI SEÇMİŞƏMSƏ, SİFARIŞİMİ HARADAN ALA BİLƏRƏM?

Sifarişinizi Bakı şəhəri, Neftçilər prospekti, 153 ünvanında yerləşən mağazadan ala bilərsiniz.


12. SİFARİŞİMİ QAYTARA VƏ YA DƏYİŞDİRƏ BİLƏRƏM?

Hörmətli müştəri, hər-hansı səbəbdən sifarişinizi qaytarmaq və ya dəyişdirmək istəyirsinizsə, sifarişi təslim aldığınız gündən etibarən 7 gün ərzində bazar ertəsi-şənbə günləri saat 11.00-dan 21-00-a, bazaar günü isə 11.00-dan 20:00-a qədər +994 50 293-50-50 / +994 12 464-01-01 nömrəli telefonlar və ya [email protected] electron ünvanı vasitəsilə bizim nümayəndəmizlə əlaqə saxlaya və sifarişin qaytarılmasını və ya dəyişdirilməsini istəyə bilərsiniz.


13. BÜTÜN SİFARİŞİ VƏ YA MƏHSULU QAYTARA BİLƏRƏM?

Bütün sifarişinizi və ya hər-hansı məhsulu 14 gün ərzində qaytara bilərsiniz.


14. SİFARIŞİ QAYTARACAĞIM HALDA PULU NƏ VAXT GERİ ALACAĞAM?

Hörmətli müştəri, ödəməni kredit kartı ilə ilə həyata keçirmişsinizsə, pulunuzu geri ödəyəcəyik və 1-3 iş günü ərzində pul kart balansınızda olacaq. Nağd pulla ödəmə həyata keçirmişsinizsə mağaza menecerinin təsdiqindən sonra pulunuzu 1-3 gün ərzində kuryerlə göndərəcəyik.


TOPLAM
1 x 386
SİFARİŞ ETMƏK >
KİŞİ GEYİMLƏRİ
ÖLÇÜ CƏDVƏLİ
The following charts will help you match the designer's size scheme for this product (indicated in the dropdown) to your usual size.
QADIN GEYİMLƏRİ
ÖLÇÜ CƏDVƏLİ
The following charts will help you match the designer's size scheme for this product (indicated in the dropdown) to your usual size.