Zərif və müasir dizaynı ilə seçilən açıq bej rəngli bu don eleqant və rahat görünüş yaradır. Yumşaq və axıcı fakturalı parça bədənə incə toxunuş bəxş edir və hərəkət zamanı yüngül dalğalanma effekti yaradır. Oversayz kəsimli uzunqol don dizayna modern həcmlilik əlavə edir, qeyri-simmetrik kəsimli mini ətək isə görünüşə fərqli və avanqard ahəng qatır. Tünd rəngli çanta və iri sırğalarla tamamlanaraq həm gündəlik, həm də xüsusi dəvətlər üçün ideal obraz yaradır.
– Tərkibi: İpək qarışımlı parça
– Uzunqol köynək və qeyri-simmetrik mini ətək
– Yumşaq axıcı faktura
– Açıq bej rəng