Nazik və zərif GG Marmont kəmər brendin ikonik estetikasını gündəlik və eleqant üslublarla ustalıqla birləşdirir. Bir tərəfi klassik GG monoqramlı bej kanva, digər tərəfi isə qara dəri dizaynı ilə tamamlanan model ikitərəfli funksionallığı sayəsində fərqli kombinlərə asanlıqla uyğunlaşır. Qızılı rəngli Double G toqqası görünüşü ön plana çıxarır və aksesuara tanınan Gucci imzasını qatır.
– Material: GG monoqramlı kanva və Dəri
– İkitərəfli dizayn
– Qızılı rəngli Double G toqqa
– Nazik və zərif forma
– Gündəlik və klassik üslublar üçün ideal