Tom Ford-dan Tubéreuse Nue ətri — zərif və sirli tərkibi ilə duyğuları oyadan eksklüziv bir parfümdür. Kompozisiyanın mərkəzində ağ tuberoza və yasəmən dayanır, bu ətiri dəri və müşk notları tamamlayır. İlk andan ədviyyəli bibər və odunsu təravətlə başlayan bu ətir, yaddaqalan və cəlbedici bir iz buraxır. Tubéreuse Nue — lüksə və unikal tərzə üstünlük verənlər üçün.
Üst notlar: Sıçuan bibəri, kəklikotu
Orta notlar: Tuberoza, yasəmən, styrax
Əsas notlar: Müşk, zamşa, ud