Yves Saint Laurent Touche Éclat dərhal işıqlandırıcı effekt verən, yorğunluq əlamətlərini azaldan və dəriyə təbii parlaqlıq bəxş edən ikon məhsuldur. Yüngül teksturu dəridə ağırlıq hissi yaratmadan qüsurları vizual olaraq gizlədir və baxışları daha canlı göstərir. Klik mexanizmi sayəsində istifadəsi rahatdır, gün ərzində makiyaji tez yeniləmək üçün idealdır. Təbii finişli formul dəri tonunu bərabərləşdirir və təravətli görünüş yaradır.
Xüsusiyyətlər:
– Məhsul tipi: Haylayter-konsiler
– Tekstura: Yüngül, kremli
– Finiş: Təbii, parlaq
– Tətbiq: Klik mexanizmli fırça
– Uyğundur: Göz altı, üz konturları