az
enru
Səbət

Səbət boşdur

Hədiyyə kartları

Bayram və özəl günlərdə kart ən yaxşı hədiyyədir! Bu kart vasitəsilə Siz həm mağazalarımızda, həm də onlayn sifarişlərdə alış-veriş edə bilərsiniz. 100 azn-dan başlayaraq istənilən dəyərdə kart sifariş edə bilərsiniz.

Hədiyyə kartlarından istifadə qaydaları:

  • Hədiyyə kartını veb-saytımızdan və yaxud mağazalarımızdan əldə etdikdən sonra, hədiyyə kartı əldə olunan mağazada istifadə edə bilərsiniz.
  • Hədiyyə kartı əldə olunduğu andan dərhal aktivləşdirilir və kartdan 1 (bir) il ərzində istifadə etmək mümkündür.
  • Hədiyyə kartı yalnız məhsulu almaq üçün istifadə edilə bilər, nağdlaşdırılmır və balansı artırılmır.
  • Hədiyyə kartı ilə satın alınan məhsulların qaytarılması və dəyişdirilməsi ümumi qaydada həyata keçirilir. 14 gün ərzində məhsulu dəyişdirə və ya qaytarıb öz hədiyyə kartınızı (istifadə müddəti bitmədiyi təqdirdə) geri ala bilərsiniz.
  • Əldə etmək istədiyiniz məhsulun dəyəri hədiyyə kartların nominalından aşağı olduğu halda, qalıq məbləğ hədiyyə kartının balansına qaytarılır.
  • Əgər məhsulun dəyəri Hədiyyə kartı üzərində göstərilmiş məbləğdən yuxarıdırsa, bu məhsulun ödənişi üçün yalnız 1 (bir) hədiyyə kartı qəbul olunur. Qalan məbləği nağd və ya nağdsız qaydada ödəyə bilərsiniz.
  • Hədiyyə kartı itirildikdə və ya zədələndikdə (qırıldıqda, çatladıqda, cızıldıqda, istifadəyə yararsız olduqda) “Sinteks” MMC və mağaza məsuliyyət daşımır.
  • Hədiyyə kartının alınması ondan istifadə şərtləri və qaydaları ilə razılaşmanın göstəricisidir.
Kömək lazımdır?
  • +994 51 225 96 96 nömrəsinə zəng edin